USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ banklarına xəbərdarlıq

03.07.2024 Bank
0 0
Avropa İttifaqının (Aİ) bank tənzimləyicisi artan geosiyasi risklərlə əlaqədar bank sektorunu diqqətli olmağa çağırıb.

Avropa Bankçılıq Təşkilatı (EBA) Aİ bank sektorunun son vəziyyətini əks etdirən “Risklərin Qiymətləndirilməsi Hesabatı”nı dərc edib.

"Aİ bankları yüksək geosiyasi risklərlə yanaşı, iqtisadi və faiz dərəcələri ilə bağlı qeyri-müəyyənliklə də üzləşirlər", - deyə hesabatda qeyd olunub.

Bankların kredit risklərini mərhələli şəkildə artırmağı planlaşdırdıqları bildirilən hesabatda problemli kredit faizlərinin bütün seqmentlərdə artdığı vurğulanıb.

Hesabatda Avropa banklarının uzunmüddətli bazar əsaslı maliyyələşdirməni əhəmiyyətli dərəcədə artıracağını gözlədikləri deyilib və bankların ümumi kapital tələblərinin rahat səviyyədə qalması izah edilib.

Hesabatda banklara qarşı kiberhücumların gücləndiyi xatırladılıb və əməliyyat riskinin əhəmiyyətinin daha da artdığı bildirilib.

Hesabatda, AB banklarının yüksək geosiyasi risklər, iqtisadi artımla bağlı qeyri-müəyyən proqnozlar və mərkəzi bankların ilk endirimlərinə baxmayaraq faiz dərəcələrinin hələ də yüksək səviyyədə olması kimi səbəblərdən artan qeyri-müəyyənliklə üzləşdiyi söylənilib.