USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcbari Tibbi Sığorta üzrə yeni elektron xidmət istifadəyə verilib

25.07.2018 Bank
0 0
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən – “Laboratoriya analizlərinin nəticələri” adlı yeni elektron xidmət istifadəyə verilib.

Agentlikdən verilən xəbərə görə, yeni elektron xidmət şəffaflığı, coğrafi məkandan asılı olmayaraq laborator müayinə nəticələrinə əlçatanlığı təmin etmək, vətəndaşların növbələrdə analiz cavablarını gözləməsi hallarını azaltmaq, bununla da əhalinin rahatlığını təmin etmək məqsədilə yaradılıb.

Laboratoriya analizlərinin nəticələrini elektron xidmət vasitəsilə əldə etmək üçün vətəndaşa xəstəxana (Mingəçevir şəhər Mərkəzi Xəstəxanası/Yevlax rayon Mərkəzi Xəstəxanası) tərəfindən "Nümunə nömrəsi" və "Xəstə ID"-si qeyd olunan yarlıq (etiket) verilir. Yeni elektron xidmətdən istifadə etmək üçün İTSDA-nın rəsmi its.gov.az saytında "E-xidmətlər" bölməsinin "Laboratoriya analizlərinin nəticələri" altbölməsini seçmək və yaxud bu linkə daxil olmaq olar.

Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə - Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında rəsmi qeydiyyatda olan şəxslər baza zərfinə daxil olan 459 sayda laborator xidmətdən ödənişsiz istifadə edirlər.

Ağdaş rayon Mərkəzi Xəstəxanasında yeni elektron xidmətin tətbiqi şəbəkə və infrastrukturun tam qurulmasından sonra nəzərdə tutulur.