USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank olmayan kredit təşkilatlarının işçiləri azalır

25.07.2018 Bank
0 0
2018-ci il iyulun 1-nə əsasən Azərbaycanın bank sektorunun işçi bazası 16 737 nəfər təşkil edib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında bildirilir.

Hesabata əsasən bank işçilərinin sayı illik müqayisədə 642 nəfər və ya 4% artıb. İyun ayı ərzində isə işçi sayında 75 nəfər və ya 0,5% artım qeydə alınıb. İlin əvvəlindən isə artım 566 nəfər təşkil edib.

BOKT-LARDA İŞLƏYƏNLƏR 190 NƏFƏR AZALIB

30 İyun 2018-ci il tarixinə olan məlumata görə, bank olmayan kredit təşkilatlarında (BOKT) isə 2020 nəfər işləyib. Bank olmayan kredit təşkilatlarında ötən ilin sonunda 2210 nəfər, 30 Mart 2018-ci il tarixində isə 2085 nəfər işləyirdi.