USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank şəbəkə avadanlıqları satın alır - TENDER

25.07.2024 Bank
0 0
"AAF BANK” Açıq Səhmdar Cəmiyyəti tender elan edir.

Tenderin adı: “AFB BANK” ASC tərəfindən şəbəkə avadanlıqlarının satın alınması

Tenderin elan tarixi: 24.07.2024
Tenderin son tarixi: 15.08.2024
Tenderdə iştirakın (yazılı şəkildə) təsdiq edilməsinin son tarixi: 31.07.2024

Qiymət təkliflərinin göndərilməsinin son tarixi: 15.08.2024

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

• tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
• İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
• İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
• Tender təklifi 15.09.2024 tarixinə kimi qüvvədə olmalıdır;

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

• Optimal qiymət təklifi;
• Sənədləşmənin tələb olunan qaydada təşkili;
• Sifarişin vaxtında və düzgün qaydada icrası;
• Oxşar layihələrdəki iştirakı haqqında məlumat;
• Şirkətin təqdim edilən vendor üzrə avadanlığın Azərbaycanda qurulması təcrübəsi olmalıdır;
• Şirkətin təklif olunan avadanlığ üzrə sertifikasiyadan keçmiş əməkdaşı olmalıdır.
• Avadanlıqlar, onları istehsal edən şirkətin sənədləri ilə birlikdə təqdim olunmalıdır.

Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlərlə birlikdə 31.07.2024 tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466) ünvanına İlkanə Mütəllimova adına göndərməlidir.

Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcəkdir. Yaranacaq suallarla bağlı e-mail vasitəsilə ([email protected]) müraciət edə və yaxud İlkanə Mütəllimova (050 290 58 84) ilə əlaqə saxlaya bilərsiniz.