USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ziraat Bank Azərbaycanın Müşahidə şurasına yeni üzv təyin olunub

26.07.2024 Bank
0 0
Dünyanın 18 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına yeni üzv təyin olunub.

Dövri yerdəyişmə planına əsasən“Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvü Sedat Yılmaz öz vəzifəsini Uğur Can Ayqına təhvil verib. Uğur Can Ayqın peşəkar karyerasına 2008-ci ildə T.C. “Ziraat Bankası” Daxili Nəzarət və Risklərin İdarə Edilməsi departamentində başlayıb. 2022-ci il iyul ayından bu günədək Risklərin İdarə Edilməsi departamentinə rəhbərlik edən Uğur Can Ayqın bank sahəsində zəngin təcrübəyə malikdir.