İranın Milli Bankının (Bank Melli Iran) Bakı filialı Azərbaycanın Mərkəzi Bankı (AMB) tərəfindən ona verilən tövsiyələrin yerinə yetirilməsi üzərində çalışır.
Kommersant.az xəbər verir ki, bu barədə mətbuat konfransında AMB-nin baş direktoru Toğrul Əliyev bildirib.
"AMB "Bank Melli Iran"la bağlı nəzarət çərçivəsində prosesləri izləyir. Filialın maliyyə sabitliyinin cari göstəriciləri onun müştəriləri üçün heç bir təhlükə yaratmır. Digər göstəricilər üzrə iş davam edir", - deyə o qeyd edib.
Xatırladaq ki, bir il öncə AMB "Bank Melli İran"ın Bakı filialının fəaliyyətini məhdudlaşdırmışdı. O zaman hesabdan pulların köçürülməsindən başqa bütün bank əməliyyatları (depozitlərin qəbulu, kreditin verilməsi və sair) dayandırılmışdı.
Hazırda filialın fəaliyyətinin sağlamlaşdırılması üzrə iş davam edir.