USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Avrasiya”nın İdarə Heyətinə təyinat

12.08.2024 Bank
0 0
“Bank Avrasiya” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

Kommersant.az xəbər verir ki, Hürü Salxayeva Vaqif qızı İdarə Heyətinin üzvü təyin edilib.

H.Salxayeva paralel olaraq Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsini icra edəcək.

Hürü Salxayeva buna qədər Əmanətlərin Sığortalanması Fondunun LPO “Amrahbank” ASC-nin ləğvetmə üzrə müşaviri vəzifəsində və 17 ilə yaxın “Amrahbank” ASC-də maliyyə strukturlarında çalışıb.

O, sonuncu dəfə 2019-2020-ci illərdə “Amrahbank”ın sədrinin müşaviri idi.

Xatırladaq ki, “Bank Avrasiya” 71.8 milyon nizamnamə kapitalına sahibdir. Kapitalın 37.50%-i “Euro Standard” Şirkəti, 37.50%-i PMD Group-a və 25% -i “Azbizneskom” Şirkətinə məxsusdur.