Rusiyanın АКRА reytinq agentliyinin analitikləri 2023-cü ilədək Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 8,5 mlrd.dollaradək artacağını proqnozlaşdırır.
2017-ci ilin sonuna AMB-nin ehtiyatları 5,3 mlrd. dollar məbləğində qiymətləndirilib. Beləliklə, agentliyin proqnozlarına görə, 2018-2022-ci illərdə Mərkəzi Bankın ehtiyatları 60,4% artacaq.
Cari ilin sonuna AMB-nin ehtiyatları 6,2 mlrd., dollar 2019-cu ilin sonuna 6,6 mlrd. dollar, 2020-ci ilin sonuna 7,5 mlrd. dollar, 2021-ci ilin sonuna 8 mlrd. dollar, 2022-ci ilin sonuna 8,5 mlrd. dollar məbləğində proqnozlaşdırılır.
AKRA-nın AMB-nin ehtiyatları üzrə proqnozu agentliyin Azərbaycan üzrə iqtisadi icmalında öz əksini tapıb.