Avropa Mərkəzi Bankı (AMB) faiz qərarını bu gün açıqlayacaq. Bankın hər hansı bir dəyişikliyə getməsi gözlənilmir.
"Kommersant"ın məlumatına görə, analitiklər bildirirlər ki, qərardan çox Sədr Mario Draghi-nin mətbuat konfrnsında çıxışı məzənnəni və birjaları hərəkətə gətirəcəkdir. Draghi-nin çıxışında faizin artırılması siqnalları izlənəcək.
2019-un yay aylarında, ya da yayın sonuna doğru faizin artırılacağına işarə edəcək bir açıqlama olarsa birja və avro hərəkətlənəcək, bu halda məzənnə 1.18 və üzərinə doğru qalxa bilər.
AMB iyun iclasında faiz nisbətlərini dəyişdirməmiş və faizlərin ən azından 2019-cu ilin yay dövrünə qədər mövcud səviyyələrdə qalmasını gözləndiyini açıqlamışdı.