Bankın kredit portfelində 43%-lik artım müşahidə olunur.
“Kommersant.az” xəbər verir ki, “Bank BTB” 2018-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. Belə ki, bankın faiz gəlirləri 8 milyon 794 min manat, faiz xərcləri 5 milyon 194 min manat, qeyri-faiz gəlirləri 2 milyon 837 min manat, qeyri-faiz xərcləri isə 6 milyon 82 min manat təşkil edib. “Bank BTB”nin əməliyyat mənfəəti 354 min manat təşkil edib. Bankın xalis mənfəəti 2017-ci ilin ikinci rübü ilə müqayisədə 9 dəfəyə yaxın artıb. Belə ki, bank cari ilin ikinci rübünü 1 milyon 47 min manat mənfəətlə başa vurub.
“Bank BTB”nin müştərilərə verdiyi kreditin həcmi ötən ilin ikinci rübü ilə müqayisədə 43% artaraq 164 milyon 592 min manat olub. Bankın cəmi aktivləridə ötən ilin ikinci rübü ilə müqayisədə 64 milyon 382 min manat artaraq 299 milyon 449 min manat təşkil edib.
Depozit portfelində 98%-lik artım
“Bank BTB ”nin depozit portfeli 106 milyon 955 min manata çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52 milyon 974 manat artım deməkdir. Bankın cəmi öhdəlikləri 243 milyon 924 min manat təşkil edib.
“Bank BTB”nin 2018-ci ilin 30 iyun tarixinə açıqladığı maliyyə hesabatına əsasən məcmu kapitalı 54 milyon 874 min manat olub.