USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank “Yaşıl layihə”lərlə bağlı qanunvericilik bazası formalaşdırır

09.09.2024 Bank
0 0
Kiçik və orta biznes (KOB) subyektlərinin “Yaşıl layihə”lərinin maliyyələşdirilməsi baxımından Azərbaycan Mərkəzi Bankının (AMB) üzərinə düşən əsas məsələ mandatına uyğun olaraq qanunvericilik çərçivəsinin formalaşdırılmasıdır.

Bunu AMB-nin Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda bildirib.

“Bu istiqamətdə təlimatların formalaşdırılmasını və müvafiq qanunvericilik bazasına dəyişiklikləri həyata keçiririk. Bazar inkişaf etdikcə sektordan gələn bildirişlər üzrə növbəti təkmilləşdirmələrin yerinə yetirilməsi nəzərdə tutulur”, – deyə o qeyd edib.