USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank: Tədiyyə balansının tarazlığını saxlamaq üçün neftin qiyməti 40-45 dollar olmalıdır

12.09.2024 Bank
0 0
Azərbaycanın tədiyyə balansının tarazlığını saxlamaq üçün dünya bazarında “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 40-45 ABŞ dolları olmalıdır.

Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

“Hazırda neftin qiyməti ilə bağlı heç bir narahatlığa ehtiyac yoxdur”, – deyə o qeyd edib.