USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Xalq Bank”da yeni təyinat

12.09.2024 Bank
0 0
ASC “Xalq” Bankın Bank fəaliyyətinə dəstək idarəsinin rəisi vəzifəsinə təyinat olub.

Kommersant.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Aytən Abdullayeva təyin edilib.

Aytən Abdullayeva buna qədər bankda direktor müavini kimi çalışırdı.

A.Abdullayeva 2005-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” üzrə bakalavr dərəcəsi, 2015-2017-ci illərdə Qərbi Kaspi Universitetində “Biznesin idarə edilməsi” üzrə magistr dərəcəsinə yiyələnib.