USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

16.09.2024 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını verəcək.

Kommersant.az xəbər verir ki, sentyabrın 18-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı altıncı qərarını açıqlayacaq.

Qeyd edək ki, son iki qərarında AMB-nin İdarə Heyəti uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Mərkəzi Bankdan bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.