USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank ödəniş statistikasının aparılması ilə bağlı qaydanı təsdiqləyib

19.09.2024 Bank
0 0
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”ın təsdiq edilməsi barədə qərar qəbul edib.

Kommersant.az xəbər verir ki, 4 sentyabr 2024-cü ildə sənədə AMB sədri Taleh Kazımov imza atıb.

Ödəniş statistikası hesabatı bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun, ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının, xarici ödəniş təşkilatları və elektron pul təşkilatlarının yerli filiallarının, ödəniş sistemi operatorlarının və xarici ödəniş sistemi operatorlarının yerli filiallarının, bank olmayan kredit təşkilatlarının və xarici bank olmayan kredit təşkilatlarının yerli filiallarının qanunvericiliyə uyğun olaraq xidmət etdiyi ödəniş hesabları və emissiya etdiyi ödəniş alətləri, o cümlədən elektron pullar vasitəsilə aparılan ödəniş əməliyyatları, ölkədaxili və ölkəxarici ödəniş əməliyyatları, ödəniş xidməti şəbəkəsi üzrə əməliyyatlar, ödəniş xidməti şəbəkəsinin Azərbaycan Respublikası üzrə regional bölgüsü, ödəniş xidməti istifadəçiləri, vasitəçilik və hesab üzrə məlumat xidməti istifadəçiləri və onların apardığı əməliyyatlar, ödəniş əməliyyatının aparılması üçün qəbul edilmiş pul vəsaitinin saxlandığı hesabların dövriyyəsi və qalıqları, ödəniş alətləri ilə aparılan fırıldaqçılıq əməliyyatları haqqında və digər statistik məlumatları nəzərdə tutur.

Qərarda qeyd edilir ki, hesabatın tərtib olunmasında məqsəd Mərkəzi Bank tərəfindən ödəniş xidməti təchizatçılarının və operatorların fəaliyyətinin əlaqələndirilməsi və tənzimlənməsi, habelə maliyyə inklüzivliyinin qiymətləndirilməsi və statistik vahidlər tərəfindən aparılan hesablaşmalarda nağd və nağdsız dövriyyə üzrə tam və dolğun statistik məlumatların əldə edilməsidir.