USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2 nəhəng bankın birləşməsi Almaniya üçün təhlükədirmi?

23.09.2024 Bank
0 0
Almaniyanın aparıcı maliyyə qurumlarından biri olan Commerzbank rəhbərliyi Almaniya hökumətinə xəbərdarlıq edib ki, İtaliyanın ikinci ən böyük bankı olan UniCredit ilə mümkün birləşmə alman şirkətləri üçün təhlükə yaradır.

Commerzbank rəhbərliyi Almaniya hökumətinə xəbərdarlıq edib ki, İtaliyanın ikinci ən böyük bankı olan UniCredit ilə mümkün birləşmə Avropanın ən böyük iqtisadiyyatının onurğa sütununu təşkil edən şirkətlər üçün təhlükə yaradacaq.

UniCredit Commerzbank-ın səhmlərinin 9 faizini aldıqdan sonra Almaniya hökumət rəsmiləri ilə UniCredit rəhbərləri arasında danışıqlar aparılıb.

Financial Times (FT) xəbər verir ki, Alman bankının menecerləri UniCredit ilə birləşmənin iqtisadiyyatda mühüm rol oynayan kiçik və orta alman şirkətlərinin kreditləşməsini poza biləcəyini bildiriblər.

Xəbərdə, birləşmədən sonra kredit qərarlarının və risk idarəetmə imkanlarının xaricə daşına biləcəyi və onilliklər ərzində Commerzbank ilə bankçılıq edən yerli müştərilərə göstərilən xidmətlərin dayandırıla biləcəyi ifadə edilib.

FT-yə verdiyi açıqlamada UniCredit, bu arqumentlərin qrupun daxili işini təhrif etdiyini və onun bütün bazarlarda "tam müstəqil hüquqi şəxsləri" olan "ümumavropa" bank olduğunu söyləyib.