USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

UniCredit Commerzbank-dakı payını artırdı

23.09.2024 Bank
0 0
İtalyan UniCredit Almaniyanın Deutschebank-dan sonra ikinci ən böyük bankı olan Commerzbank-dakı payını təxminən 21 faizə qədər artırıb.

UniCredit-in verdiyi açıqlamaya görə, Almaniya kredit təşkilatında daha 11,5 faiz pay törəmə alətlər vasitəsilə alınıb.

Bu ayın əvvəlində UniCredit Commerzbank-da 9 faiz paya malik olduğunu açıqlamışdı.

UniCredit-in səhmləri saxlayacaq, satacaq və ya daha da artıracağı Commerzbank-ın idarə və müşahidə şuralarının və Almaniyanın tənzimləyici orqanlarının qərarlarından asılı olacaq:

"UniCredit hesab edir ki, Almaniyanın və bankın daha geniş paydaşlarının xeyrinə əhəmiyyətli dəyər açıla bilər".

UniCredit də Commerzbank-dakı payını 29,9 faizə çatdırmaq üçün tənzimləyici şuraya müraciət edib.