Bank of America-nın bəzi müştərilərinin hesablarına daxil olmaqda çətinlik çəkdiyi bildirilir. Bir müddət sonra verilən açıqlamada bank problemin böyük ölçüdə həll edildiyini bildirib.
Bankdan verilən açıqlamada çərşənbə günü bəzi müştərilərin hesablarına və balans məlumatlarına daxil olmaqda problem yaşandığı bildirilib.
Problemin səbəbi göstərilməyən açıqlamada "Bu problemlər həll edilir və böyük ölçüdə həll olunub. Narahatlığa görə üzr istəyirik". ifadələrdən istifadə edilmişdir.
Downdetector məlumatlarına görə, istifadəçilər yerli vaxtla saat 12.30-dan etibarən (GMT 19.30) Bank of America-nın onlayn və mobil bankçılıq və ATM xidmətlərində problemlər barədə məlumat verməyə başladılar.
Sosial şəbəkələrdə şikayətlərini bildirən istifadəçilərdən bəziləri hesablarına daxil ola bilmədiklərini, bəzi müştərilər isə hesab balanslarını sıfır gördüklərini qeyd ediblər.