USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail Bankı faiz dərəcələrini sabit saxlayıb

09.10.2024 Bank
0 0
İsrail Bankı artan geosiyasi gərginlik və inflyasiya təzyiqləri səbəbindən siyasət faizini 4,5 faiz səviyyəsində saxlamaq qərarına gəlib.

İsrail Bankı artan inflyasiya təzyiqləri səbəbindən faiz dərəcələrini dəyişməyib.

Bank uçot dərəcəsini 4,5 faiz səviyyəsində sabit saxlayıb. Bloomberg sorğusuna qatılan iqtisadçıların proqnozları faiz dərəcəsinin sabit saxlanılacağı idi. Qərarla faiz dərəcələri ardıcıl altıncı dəfə sabit qaldı.

Avqustda İsraildə inflyasiya illik bazda 3,6 faiz olduğu halda, inflyasiya hökümətin hədəflədiyi 1-3 faiz aralığını keçib.

Ölkədə qiymət təzyiqləri tətiklənir

2023-cü il oktyabrın 7-də HƏMAS Qəzza sərhədində İsrailə qarşı əməliyyat keçirdi və daha sonra İsrail Qəzzanı hədəf alan hücumlara başladı. Ötən həftə bölgədə gərginliyin yenidən artması ilə İsrail Livanı hədəf aldı, Hizbullah lideri Həsən Nəsrullahı öldürdü və Livanın cənubuna quru əməliyyatlarına başlayıb.

Bu hadisələrdən sonra İranın İsrailə raket hücumu təşkil etməsi bazarlarda ciddi narahatlıqlara səbəb olub. Geosiyasi gərginliyin artması ölkədə qiymət təzyiqlərinə səbəb olsa da, İsrail Bankı bu hadisələrə görə faiz dərəcələrini sabit saxlamağa üstünlük verdi.