Çin Xalq Bankı (PBoC) fond bazarlarına investisiya üçün likvidliyi artırmaq üçün yeni klirinq alətini işə saldığını açıqlayıb.
PBoC tərəfindən edilən açıqlamada, ilkin həcmi 500 milyard yuan (70,7 milyard dollar) olacağı gözlənilən yeni klirinq alətinin kapital bazarlarının sağlam inkişafını təşviq etmək məqsədi daşıdığı bildirilib.
Yeni klirinq aləti ilə qiymətli kağız şirkətləri, investisiya fondları və sığorta şirkətləri dövlət istiqrazlarını və xəzinə veksellərini, korporativ istiqrazları, səhmləri və birja fondlarını fond bazarlarında investisiya üçün girov kimi dəyişdirə biləcəklər.
Yeni mexanizm institusional investorlara fond bazarlarına investisiya qoymaq şərti ilə az likvid aktivlərini daha çox likvid aktivlərlə əvəz etməyə imkan verəcək.
Bu addımın Çin fond bazarlarında likvidliyi və əməliyyat həcmini artırmaq məqsədi daşıdığı təxmin edilir.
Mərkəzi Bank bazarları canlandırmağı hədəfləyir
Sentyabrın 24-də Çin Mərkəzi Bankı iqtisadiyyatı stimullaşdırmaq üçün bir sıra pul siyasəti tədbirləri elan etdikdən sonra ölkədə birjalarda qəfil yüksəliş müşahidə olunub.