Məlumata görə, Toronto-Dominion Bank (TD Bank) çirkli pulların yuyulmasına qarşı qanunu pozduğunu etiraf edib və ABŞ tənzimləyicilərinə ümumilikdə 3 milyard dollar məbləğində cərimə ödəyəcək.
ABŞ Baş prokuroru Merrick Garland mətbuat konfransında TD Bankın Bank sirri haqqında qanunu pozmaq və çirkli pulların yuyulması da daxil olmaqla bir çox cinayətdə təqsirli bilindiyini açıqlayıb.
TD Bankın 1,8 milyard dollar cərimə ödəməyə razı olduğunu bildirən Qarland, digər qurumların qanuni sanksiyaları ilə ABŞ-ın TD Banka ümumilikdə təxminən 3 milyard dollar cərimə kəsdiyini qeyd edib.
Garland, TD Bankın maliyyə cinayətlərinin çiçəklənməsinə imkan verən bir mühit yaratdığını ifadə edərək, "TD Bank ABŞ tarixində Bank Sirri Aktı çərçivəsində səhvlərini etiraf edən ən böyük bank oldu və tarixdə çirkli pulların yuyulmasında günahını etiraf edən ilk ABŞ bankı oldu" deyib.
Qarland həmçinin bankın aldığı cəzanın Bank sirri qanunu çərçivəsində tətbiq edilən ən böyük cəza olduğuna diqqət çəkib və ABŞ Ədliyyə Nazirliyinin bir banka gündəlik cərimə tətbiq etməsinin ilk dəfə olduğunu qeyd edib.
FinCEN-dən rekord cərimə
ABŞ Maliyyə Nazirliyi tərəfindən edilən açıqlamada, Maliyyə Cinayətləri ilə Mübarizə Birliyinin (FinCEN) çirkli pulların yuyulması ilə mübarizə qanunlarını pozduğu üçün TD Banka 1,3 milyard dollarlıq "rekord səviyyədə" cərimə kəsdiyi bildirilib.
TD Bankın ABŞ-ın ən böyük bankları arasında olduğuna diqqət çəkən açıqlamada sözügedən cəzanın ABŞ Maliyyə Nazirliyi və FinCEN tarixində bir əmanət təşkilatına qarşı tətbiq edilən ən böyük cəza olduğu vurğulanıb.
Açıqlamada həmçinin bildirilir ki, TD Bank da öz işçilərinin iştirakı ilə şübhəli fəaliyyəti vaxtında aşkarlaya bilməyib.