Dünya Bankı Fələstin ərazilərinin böyük iqtisadi daralma ilə çökməyə yaxınlaşdığını vurğuladı. Qəzza iqtisadiyyatı bu ilin ikinci rübündə yüzdə 86, İordan çayının qərb sahilində isə 23 faiz azalıb. Yaxın Şərqdəki münaqişələr səbəbindən regionda ümumi artım yavaşlamağa davam edir.
Dünya Bankı “Yaxın Şərq və Şimali Afrikada artım” hesabatını dərc edib.
Hesabatda Yaxın Şərq və Şimali Afrikanın iqtisadiyyatlarının dünya ilə ayaqlaşa bilmədiyi, bölgədə adambaşına düşən orta gəlirin son 50 ildə cəmi 62 faiz artdığı bildirilib.
Hesabatda Yaxın Şərq və Şimali Afrikada qarşıdurmaların artırdığı qeyri-müəyyənliklər səbəbiylə böyümənin durğun olaraq qaldığı ifadə edilərək, bu il regional iqtisadiyyatın yüzdə 2,2 böyüməsinin gözlənildiyi qeyd edilib.
Bölgənin iqtisadi artım tempinin 2023-cü ildə yüzdə 1,8 olduğunu xatırladan hesabatda bu il proqnozlaşdırılan artımın məhdud artımının Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələrindən qaynaqlandığı bildirilib. Hesabatda GCC ölkələrinin iqtisadiyyatlarının artım sürətinin 2023-cü ildəki 0,5 faizdən 2024-cü ildə 1,9 faizə yüksəlməsinin gözlənildiyi bildirilib.
Bankın hesabatında, Yaxın Şərq və Şimali Afrika regionunun qalan hissəsində artımın yavaşlayacağı gözlənilir.