Bank sektoru Azərbaycan Mərkəzi Bankı (MB) ilə birgə dayanıqlı maliyyələşdirmə prinsiplərini risklərin idarə olunması və kreditləşməyə tətbiq edir.
Kommersant.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda "Yaşıl maliyyə və dayanıqlı inkişaf" mövzusunda keçirilən forumda bildirib.
"Bank sektoru ölkə iqtisadiyyatı və maliyyə sektoru qarşısında duran riskləri nəzərə alaraq, fəaliyyətini buna uyğun qurur. Bu baxımdan, bank sektoru Mərkəzi Bankla sıx əməkdaşlıq edərək, dayanıqlı maliyyələşdirmə prinsiplərini risklərin idarə edilməsi və kreditləşmə təcrübəsinə inteqrasiya etmək üzərində çalışır", - o bildirib.