USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankın maliyyə vəziyyəti məlum oldu - HESABAT

27.07.2018 Bank
0 0
Bank, 2018-ci ilin ikinci rübünü mənfəətlə başa vurub.

Kommersant.az” xəbər verir ki, “Bank Respublika” 2018-ci ilin ikinci rübü üzrə hesabatını açıqlayıb. Belə ki, bankın faiz xərcləri 17 milyon 767 min manat, faiz xərcləri 8 milyon 225 min manat, qeyri-faiz gəlirləri 11 milyon 469 min manat, qeyri-faiz xərcləri isə 18 milyon 202 min manat təşkil edib. “Bank Respublika” 2018-ci ilin ikinci rübündə 638 min manat xalis mənfəət əldə edib.

Bankın müştərilərə verdiyi kreditin həcmi 280 milyon 631 min manat olub. Kreditlər üzrə məqsədli ehtiyata 12 milyon 511 min manat ayırıb. “Bank Respublika”nın cəmi aktivləri 858 milyon 777 min manat təşkil edib.

Bankda hüquqi şəxslərin depozitləri 416 milyon 191 min manat, fiziki şəxslərin depozitləri isə 195 milyon 833 min manat olub. Bankın cəmi öhdəkiləri 810 milyon 256 min manat təşkil edib.

“Bank Respublika”nın 2018-ci ilin 30 iyun tarixinində açıqladığı maliyyə hesabatına görə məcmu kapitalı 52 milyon 606 min manat olub.