USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Muğan Bank" zərərdədir - HESABAT

27.07.2018 Bank
0 0
Bankın zərəri 1,5 dəfə artıb.

Kommersant.az” xəbər verir ki, “Muğan Bank” 2018-ci ilin ikinci rübü üzrə maliyyə hesabatın açıqlayıb. Belə ki, bankın faiz gəlirləri faiz gəlirləri 17 milyon 375 min manat, qeyri-faiz gəlirləri isə 6 milyon 147 min manat təşkil edib. Bankın əməliyyat mənfəəti 6 milyon 174 min manat olub. Bank 2018-ci ilin birici rübü ilə müqayisədə xalis zərəri artıb. Bank 2018-ci ilin ikinci rübünü 2 milyon 774 min manat zərərlə başa vurub. Buda ötən rüb ilə müqayisədə 1,5 dəfə çoxdur.

“Muğan Bank”ın müştərilərə verdiyi kreditin həcmi 370 milyon 363 min manat təşkil edib. Bankın cəmi aktivləri 486 milyon 363 min manat olub. “Muğan Bank”ın cəmi öhdəlikləri isə 420 milyon 121 min manat təşkil edib.

“Muğan Bank”ın 2018-ci ilin 30 iyun tarixinə açıqladığı maliyyə hesabatına əsasən, məcmu kapitalı 68 milyon 70 min manat olub.