Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 50 milyard 840,8 milyon manat təşkil edib.
Kommersant.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur.
Məlumata görə, bankların aktivlərinin 25 milyard 167,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Sektorun kredit portfelinin artımı sentyabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 2.4% və ya 630.4 mln. manat artaraq 26,706 mln. manat olub.
Hesabat dövründə kredit portfelinin strukturu isə belə olub: 1) biznes kreditləri – 54% (14,407.9 mln. manat); 2) istehlak kreditləri – 30.5% (8,152.8 mln. manat) və 3) ipoteka kreditləri – 15.5% (4,145.3 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz (bəndi) azalaraq 1.7% təşkil edib.