USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub

25.10.2024 Bank
0 0
“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə yeni üzv təyin olunub.

Kommersant.az bunu Banka istinadən xəbər verir.

Ahmet Doğan T.C. Ziraat Bankındakı əmək faəliyyətinə 2009-cu ildə Bahçekapı İstanbul Girişimci filialında kiçik mütəxəssis kimi başlayıb. Daha sonra ardıcıllıqla İkitelli İstanbul filialında menecer, Pərakəndə Kreditlərin Ayrılması və İdarə Edilməsi departamentində menecer, Pərakəndə Filial Bankçılığında menecer və müdir vəzifələrində fəaliyyət göstərdikdən sonra son olaraq Pərakəndə Portfelin İdarəsi departamentində müdir vəzifəsində fəaliyyətini davam etdirən Ahmet Doğan zəngin bank təcrübəsinə malikdir.

Qeyd edək ki, Ahmet Doğan artıq Ziraat Bank Azərbaycanın Kreditlərin Ayrılması və İdarə Edilməsi Qrupunu kurasiya edir.