USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kapital Bank" kapitalını artırır

27.07.2018 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası "Kapital Bank" ASC-nin səhm emissiyasını dövlət qeydiyyatına alıb.

"Kommersant.az" xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 12,39 manat olan 3 228 410 ədəd imtiyazlı səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Yerləşdirmə tam şəkildə baş tutsa, Bankın nizamnamə kapitalı 40 mln.manat və yaxud 21,5% artaraq 225,85 mln. manata çatacaq.

"Kapital Bank" yeni səhmlərinin sahiblərinə illik 15% gəlirlilik vəd edir. Yəni, Bank zərərlə işləsə belə, imtiyazlı səhmlərin hər birinə görə 1,86 manat dividend ödəniləcək.

Xatırladaq ki, Bankın kapitalının artırılmasına onun səhmdarlarının bu il martın 13-də keçirilmiş ənənəvi illik yığıncağında qərar verilib.

© Report