USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank real effektiv məzənnəyə azaldıcı təsir edən amilləri açıqlayıb

03.12.2024 Bank
0 0
2024-cü ilin ilk üç rübü ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib.

Kommersant.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı”da bildirilir.

Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın diapazonda hərəkət edib. Belə ki, kommersiya banklarının 1 ABŞ dolları üçün gündəlik ortalama alış məzənnəsi rəsmi məzənnədən 0.32%, satış məzənnəsi isə 0.12% fərqli olub. Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan digər ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir.

Manatın məzənnəsi Türk lirəsinə qarşı 17.1%, Ukrayna qrivnasına qarşı 11.2%, Qazaxıstan tengəsinə qarşı isə 5.3% yüksəlib. Hesabat dövrü ərzində manatın məzənnəsi avro qarşısında 1.7%, İngiltərə funt sterlinqi qarşısında 4.2%, İsveçrə frankı qarşısında isə 2% ucuzlaşıb. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına təsir edib.

Ümumilikdə, 2024-cü ilin 9 ayı ərzində manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi 2.9% möhkəmlənmiş, real effektiv məzənnəsi isə 3.3% ucuzlaşıb. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta çəkili inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.