USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB banklardan fırıldaqçılıq halları ilə bağlı statistik məlumat tələb edəcək

03.12.2024 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən etibarən kommersiya banklarından fırıldaqçılıq halları ilə bağlı statistik məlumat təqdim etməyi tələb edəcək.

Kommersant.az xəbər verir ki, bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Ramil Mahmudov VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində jurnalistlərə bildirib.

“Gələn ildən etibarən Azərbaycanın kommersiya bankları fırıldaqçılıq halları ilə bağlı statistik məlumat da daxil olmaqla, Azərbaycan Mərkəzi Bankına informasiya təqdim edəcəklər”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Mərkəzi Bank sonradan bu məlumatları təhlil edəcək.