USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Mərkəzi Bankı üçün faiz dərəcəsi proqnozu

04.12.2024 Bank
0 0
Finlandiya Mərkəzi Bankının sədri və Avropa Mərkəzi Bankının (ECB) İdarəetmə Şurasının üzvü Olli Rehn “Dekabr ayında faiz endiriminin səbəbləri artıb” şərhini verib.

Finlandiya Mərkəzi Bankının sədri və ECB İdarə Heyətinin üzvü Olli Rehn “Helsingin Sanomat” qəzetinə verdiyi açıqlamada, dekabr ayında faiz endirimlərinin səbəblərinin artdığını və pul siyasətinin yumşaldılmasının önümüzdəki aylarda da davam edəcəyini düşündüyünü bildirib.

Müsahibədə Rehn avro bölgəsində iqtisadi artımın kövrəkliyinə və inflyasiyanın Avropa Mərkəzi Bankının hədəfi olan 2%-ə qədər yavaşlamasına diqqət çəkib:

"Bu amillər dekabr ayında əsas faiz dərəcəsinin aşağı salınması üçün əsasları artırdı və pul siyasətinin bu istiqaməti yaxın aylarda da davam edəcək".