Bankın prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə kapitalın 265 milyon manat məbləğində artırılacağını vəd etmişdi.
“Kommersant.az” xəbər verir ki, "Bank VTB Azərbaycan" 2018-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. Bank, bu rübü də zərərlə başa vurub. Belə ki, bank 2018-ci ilin ikinci rübündə 250 milyon 371 min manat zərər edib. Halbuki, bank 2017-ci ilin birinci yarısınında 3 milyon 91 min manat xalis mənfəət əldə etmişdi.
Bankdan Prezident İlham Əliyevə kapital vədi
2018-ci ilin yanvarın 23-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezdenti İlham Əliyev ilə bankın prezdenti - idarə heyətinin sədri Andrey Kostin arasında görüş olmuşdu. Danışıqlar zamanı Andrey Kostin “VTB Bank Azərbaycan”ın kapitalını 265 milyon manat artıcağını vəd etmişdi. Bununla da bank, qeyd olunan məbləğin 261 milyon 458 min manat ilə xalis zərərini ödəyib. Nəticədə 2018-ci ilin birinci yarısına olan maliyyə hesabatına görə, bankın cəmi kapitalı 55 milyon manat göstərilir.
Bankın müştərilərə verdiyi kreditin həcmi 61 milyon 557 min manat olub. Cəmi aktivləri 125 milyon 206 min manat təşkil edib. Depozit portfeli 52 milyon 478 min manat olub. “Bank VTB Azərbaycan”ın cəmi öhdəlikləri isə 70 milyon 163 min manat təşkil edib.
"Bank VTB Azərbaycan"ın 2018-ci ilin 30 iyun tarixinə olan maliyyə hesabatına əsasən, bank, 53 milyon 476 min manat məcmu kapitala malik olub.
II rub 2018
İlin əvvəlindən hesabat tarixinə qədər
Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi
3 727,14
Faizlər və onlara bağlı xərclər, cəmi
6 792,31
Xalis faiz mənfəəti (zərəri)
- 3 065,17
Qeyri-faiz gəlirləri, cəmi
- 4 519,37
Qeyri-faiz xərcləri, cəmi
8 497,77
Xalis əməliyyat mənfəəti (zərəri)
- 16 082,31
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)
234 288,84
Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər)
- 250 371,16
Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi
Vergilər ödənilənədək xalis mənfəət (zərər)
- 250 371,16
Mənfəətdən ödənilən vergilər
Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər)
- 250 371,16
AKTİVLƏR
II RUB 2018
Nağd vəsaitlər
7 058,07
Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar)
14 063,66
Banklara verilmiş kreditlər
-
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi
10 212,20
Qiymətli kağızlara investisiyalar
22 359,97
Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla)
61 557,66
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər
820,23
Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi
835,34
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər
1 567,03
Digər aktivlər
6 732,56
CƏMİ AKTİVLƏR
125 206,73
ÖHDƏLİKLƏR
Depozitlər
52 478,77
AMB-nın banka qarşı tələbləri, cəmi
-
Digər bankların tələbləri (“Loro" hesabları), cəmi
433,75
Banklar və digər maliyyə institutlarının kreditləri
5 776,60
Bankların depozitləri
94,85
Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi
9 640,00
Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri
Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla)
Digər passivlər
1 739,52
CƏMİ ÖHDƏLİKLƏR
70 163,49
KAPİTAL
Xüsusi kapital, cəmi
54 356,51
a) dövriyyədə olan adi səhmlər
315 815,00
b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla)
c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq