Azərbaycan ərazisində yaradılan beş sənaye parkına yatırılan investisiyaların ümumi həcmi 2,6 milyard dollar təşkil edir.
"Kommersant.az"ın Trend-ə istinadla məlumatına görə, bunu Sumqayıt Kimya Sənaye Parkının baş direktoru Nazim Talıbov "Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, gələcəkdə sənaye parklarının hesabına əlavə yeni iş yerlərinin yaradılması nəzərdə tutulur: "2011-ci ildə sənaye parklarında təqribən 10 min insanın çalışması nəzərdə tutulurdu, lakin bu gün bu rəqəm 11 min təşkil edir. Gələcəkdə sənaye parklarında əlavə 7,5 min yeni iş yerinin yaradılması nəzərdə tutulur".