USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvanda ötən il verilən güzəştli kreditlərin həcmi açıqlanıb

10.01.2025 Bank
0 0
Naxçıvanda 2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 38 layihənin maliyyələşdirilməsinə 4,2 milyon manatdan çox güzəştli şərtlərlə kredit verilib.

Bu barədə Kommersant.az Naxçıvan Muxtar Respublikasınınn İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, güzəştli kreditlərin 73 faizi sənaye sektorunun, 21 faizi aqrar sektorun, 6 faizi xidmət sahələrinin inkişafına yönəldilib.

2024-cü ildə sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı 2 dəfə artırılaraq 6-a çatdırılıb. Bu istiqamətdə 3 yeni kredit təşkilatı ilə işlər davam etdirilir.