Depozit hərracının nəticələri açıqlandı
0
0
Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
AMB-dən “"Kommersant.az"a verilən xəbərə görə, hərracda tələb 904,09 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.
Bununla da depozit hərracında tələb təklifi 2,6 dəfə üstələyib.
Qeyd edək ki, bugünkü depozit hərracında 350 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.
© APA