“Yapı Kredi Bank” (Azərbaycan) 2024-cü ilin 4-cü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bank biznesmen müştərilərinə kredit verməyi azaldıb.
Kommersant.az xəbər verir ki, “Qoç Bank”ın aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 215 milyon 502 min manat artaraq 730 milyon 362 min manata yüksəlib. Bu artımın əsas səbəbi bankın verdiyi kreditlərin 1 il ərzində 25 milyon 811 min manat artaraq 317 milyon 588 min manata çatmasıdır. Belə ki, sözügedən bankın istehlak kreditləri 13 milyon 871 min manat artaraq 81 milyon 885 min manata daşınmaz əmlak kreditləri 13 milyon 63 min manat artaraq 47 milyon 943 min manata yüksəlib. Lakin, bankın verdiyi biznes kreditləri 1 milyon 122 min manat azalaraq 187 milyon 760 min manata düşüb.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 2 milyon 33 min manat azaldaraq 27 milyon 835 min manata endirən “Qoç Bank”ın xalis kreditləri 2023-cü ilin sonu ilə müqayisədə 27 milyon 843 min manat artaraq 289 milyon 752 min manata çatıb.