USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yapı Kredi Bank” öhdəliklərini artırıb

16.01.2025 Bank
0 0
“Yapı Kredi Bank” (Azərbaycan) 2024-cü ilin yekununda öhdəliklər cəmini artırıb.

Kommersant.az xəbər verir ki, bankın fiziki şəxslərdən topladığı əmanətlər 16 milyon 809 min manat artaraq 106 milyon 767 min manata, hüquqi şəxslərdən topladığı əmanətlər isə 151 milyon 250 min manat artaraq 427 milyon 986 min manata bərabərləşib. Buna görə də bankın depozit portfeli 534 milyon 754 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 198 milyon 59 min manat çoxdur. Nəticədə bankın ödəliklər cəmi 203 milyon 538 min manat artaraq 620 milyon 417 min manata çatıb.