USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yapı Kredi Bank”ın ehtiyatları azalıb

16.01.2025 Bank
0 0
“Yapı Kredi Bank” (Azərbaycan) 2024-cü ilin son rübündə 49 milyon 561 min manat bölüşdürülməmiş mənfəət əldə edib.

Kommersant.az xəbər verir ki, bu, ötən ilin sonu ilə müqayisədə 12 milyon 375 min manat çoxdur. Bankın ümumi ehtiyatları isə 411 min manat azalaraq 5 milyon 2 min manata enib. Səhmdar kapitalını dəyişdirmədiyinə görə “Qoç Bank”ın cəmi kapitalı ötən ilin sonu ilə müqayisədə 11 milyon 965 min manat artaraq 109 milyon 945 manata yüksəlib.