“Yapı Kredi Bank”ın faiz gəliri 2023-cü ilin sonu ilə müqayisədə 10 milyon 855 min manat artaraq 46 milyon 438 min manata yüksəlib. Bankın faiz xərcləri isə 4 milyon 164 min manat artaraq 6 milyon 608 min manata çatıb. Buna görə də sözügedən bankın xalis faiz gəliri 39 milyon 829 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 6 milyon 691 min manat çoxdur.
Kommersant.az xəbər verir ki, “Qoç Bank”ın qeyri-faiz gəliri 5 milyon 204 min manat artaraq 45 milyon 685 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 506 min manat artaraq 25 milyon 631 min manata bərabərləşib. Yekunda bankın əməliyyat mənfəəti 9 milyon 389 min manat artaraq 59 milyon 883 min manata çatıb.
Qeyd edək ki, bankın məcmu kapitalı 1 il ərzində 11 milyon 641 min manat artaraq 99 milyon 588 min manat olub.