USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yapı Kredi Bank”ın yekun - HESABATI

16.01.2025 Bank
0 0
“Yapı Kredi Bank” (Azərbaycan) 2024-cü ilin 4-cü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bank biznesmen müştərilərinə kredit verməyi azaldıb.

Kommersant.az xəbər verir ki, “Qoç Bank”ın aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 215 milyon 502 min manat artaraq 730 milyon 362 min manata yüksəlib. Bu artımın əsas səbəbi bankın verdiyi kreditlərin 1 il ərzində 25 milyon 811 min manat artaraq 317 milyon 588 min manata çatmasıdır. Belə ki, sözügedən bankın istehlak kreditləri 13 milyon 871 min manat artaraq 81 milyon 885 min manata daşınmaz əmlak kreditləri 13 milyon 63 min manat artaraq 47 milyon 943 min manata yüksəlib. Lakin, bankın verdiyi biznes kreditləri 1 milyon 122 min manat azalaraq 187 milyon 760 min manata düşüb.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 2 milyon 33 min manat azaldaraq 27 milyon 835 min manata endirən “Qoç Bank”ın xalis kreditləri 2023-cü ilin sonu ilə müqayisədə 27 milyon 843 min manat artaraq 289 milyon 752 min manata çatıb.

“Yapı Kredi Bank” 2024-cü ilin yekununda öhdəliklər cəmini artırıb. Belə ki, bankın fiziki şəxslərdən topladığı əmanətlər 16 milyon 809 min manat artaraq 106 milyon 767 min manata, hüquqi şəxslərdən topladığı əmanətlər isə 151 milyon 250 min manat artaraq 427 milyon 986 min manata bərabərləşib. Buna görə də bankın depozit portfeli 534 milyon 754 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 198 milyon 59 min manat çoxdur. Nəticədə bankın ödəliklər cəmi 203 milyon 538 min manat artaraq 620 milyon 417 min manata çatıb.

“Yapı Kredi Bank” 2024-cü ilin son rübündə 49 milyon 561 min manat bölüşdürülməmiş mənfəət əldə edib. Bu da ötən ilin sonu ilə müqayisədə 12 milyon 375 min manat çoxdur. Bankın ümumi ehtiyatları isə 411 min manat azalaraq 5 milyon 2 min manata enib. Səhmdar kapitalını dəyişdirmədiyinə görə “Qoç Bank”ın cəmi kapitalı ötən ilin sonu ilə müqayisədə 11 milyon 965 min manat artaraq 109 milyon 945 manata yüksəlib.

Yapı Kredi Bank

2024 (IV Rüb)

2023 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

730,362

514,860

215,502

Kredit

317,588

291,777

25,811

İstehlak kreditləri

81,885

68,014

13,871

Biznes kreditləri

187,760

188,882

-1,122

Daşınmaz əmlak kreditləri

47,943

34,880

13,063

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

27,835

29,868

-2,033

Xalis Kreditlər

289,752

261,909

27,843

Cəmi Öhdəliklər

620,417

416,879

203,538

Depozit

534,754

366,695

198,059

Fiziki şəxslərin depozitləri

106,767

89,958

16,809

Hüquqi şəxslərin depozitləri

427,986

276,736

151,250

Cəmi Kapital

109,945

97,980

11,965

Səhmdar kapitalı

55,380

55,380

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Bölüşdürülməmiş mənfəət

49,561

37,186

12,375

Ümumi ehtiyatlar

5,002

5,413

-411

“Yapı Kredi Bank”ın faiz gəliri 2023-cü ilin sonu ilə müqayisədə 10 milyon 855 min manat artaraq 46 milyon 438 min manata yüksəlib. Bankın faiz xərcləri isə 4 milyon 164 min manat artaraq 6 milyon 608 min manata çatıb. Buna görə də sözügedən bankın xalis faiz gəliri 39 milyon 829 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 6 milyon 691 min manat çoxdur.

“Qoç Bank”ın qeyri-faiz gəliri 5 milyon 204 min manat artaraq 45 milyon 685 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 506 min manat artaraq 25 milyon 631 min manata bərabərləşib. Yekunda bankın əməliyyat mənfəəti 9 milyon 389 min manat artaraq 59 milyon 883 min manata çatıb.

Sözügedən bank ötən ilin sonunda gəlirliyini azaldıb. Bankın əldə etdiyi 12 milyon 375 min manatlıq mənfəətə görə aktivlərinin gəlirliyi 0.64 faiz azalaraq 1.69 faizə düşüb. Bundan başqa bank kapital cəminə görə də gəlirini aşağı salmağı bacarıb. Çünki, 2024-cü ilin sonunda əldə olunan mənfəətin kapital cəminə olan nisbəti 2023-cü ilə görə 1 faiz azdır. Bununla da bank yekunda kapital cəmindən 11.25 faiz gəlir əldə edib.

Qeyd edək ki, bankın məcmu kapitalı 1 il ərzində 11 milyon 641 min manat artaraq 99 milyon 588 min manat olub.

Yapı Kredi Bank

2024 (IV Rüb)

2023 (IV Rüb)

Fərq

Faiz Gəliri

46,438

35,583

10,855

Faiz Xərci

6,608

2,444

4,164

Xalis Faiz Gəliri/Zərəri

39,829

33,138

6,691

Qeyri-Faiz Gəliri

45,685

40,481

5,204

Qeyri-Faiz Xərci

25,631

23,125

2,506

Əməliyyat Mənfəəti (Zərəri)

59,883

50,494

9,389

Xalis Mənfəət (Zərər)

12,375

12,002

373

Məcmu Kapital

99,588

87,947

11,641

ROA

1.69%

2.33%

-0.64%

ROE

11.25%

12.25%

1%