USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank of Baku”nun öhdəlikləri artıb

16.01.2025 Bank
0 0
“Bank of Baku”nun (qısaca - BOB) öhdəlikləri 2024-cü ilin sonunda 46 milyon 660 min manat artaraq 778 milyon 578 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, bu yüksəlmənin də əsas səbəbi bankın müştərilərindən topladığı əmanətlərin artması olub. Belə ki, bankın fiziki şəxslərdən topladığı əmanətlər 59 milyon 516 min manat artaraq 535 milyon 195 min manata, biznesmenlərdən topladığı əmanətlər isə 17 milyon 231 min manat artaraq 57 milyon 319 min manata yüksəlib. Nəticədə bankın depozit portfeli 592 milyon 514 min manat olub ki, bu da 2023-cü ilin son rübü ilə müqayisədə 76 milyon 747 min manat çoxdur.

BOB-un öhdəliklər cəmində ən çox azalma isə Kredit təşkilatları və digər maliyyə institutlarında götürdüyü vəsait olub. Sözügedən vəsait 1 il ərzində 16 milyon 52 min manat azalaraq 124 milyon 425 min manata düşüb.