“Bank of Baku” (qısaca - BOB) 2024-cü ilin son rübündə gəlirliyini azaldıb.
Kommersant.az xəbər verir ki, “Bank of Baku”nun (qısaca - BOB) aktivlər cəmi 2023-cü ilin sonu ilə müqayisədə 63 milyon 384 min manat artıraraq 934 milyon 273 min manata yüksəldib. Bu artımın əsas səbəbi bankın verdiyi kreditlərin 101 milyon 381 min manat artaraq 760 milyon 424 min manata yüksəlməsidir. Bu artıma baxmayaraq aktivlə cəminin artımının az olması BOB-un banklar və digər maliyyə institutlarındakı depozitlərinin hamısını geri çəkməsidir. Çünki 2023-cü ildə maliyyə institutlarında 34 milyon manat depoziti olan bankın hazırki depoziti sıfıra bərabərdir.
BOB-un müştərilərinə verdiyi istehlak kreditləri 103 milyon 22 min manat artaraq 579 milyon 277 min manata, daşınmaz əmlak kreditləri isə 13 milyon 528 min manat artaraq 48 milyon 424 min manata yüksəlib. Bundan başqa bankın hüquqi şəxslərə verdiyi biznes kreditləri 15 milyon 366 min manat azalaraq 132 milyon 721 min manata düşüb.
Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatını 4 milyon 341 min manat azaldaraq 55 milyon 172 min manata salmasına baxmayaraq bankın xalis kreditləri 705 milyon 251 min manat təşkil edib. Bu da 2023-cü ilin son rübü ilə müqayisədə 105 milyon 722 min manat çoxdur.
BOB-un öhdəlikləri 2024-cü ilin sonunda 46 milyon 660 min manat artaraq 778 milyon 578 min manata yüksəlib. Bu yüksəlmənin də əsas səbəbi bankın müştərilərindən topladığı əmanətlərin artması olub. Belə ki, bankın fiziki şəxslərdən topladığı əmanətlər 59 milyon 516 min manat artaraq 535 milyon 195 min manata, biznesmenlərdən topladığı əmanətlər isə 17 milyon 231 min manat artaraq 57 milyon 319 min manata yüksəlib. Nəticədə bankın depozit portfeli 592 milyon 514 min manat olub ki, bu da 2023-cü ilin son rübü ilə müqayisədə 76 milyon 747 min manat çoxdur.
BOB-un öhdəliklər cəmində ən çox azalma isə Kredit təşkilatları və digər maliyyə institutlarında götürdüyü vəsait olub. Sözügedən vəsait 1 il ərzində 16 milyon 52 min manat azalaraq 124 milyon 425 min manata düşüb.
“Bank of Baku”nun ümumi ehtiyatlar üçün ayırdığı məbləği1 milyon 42 min manat artıraraq 10 milyon 198 min manata çatdırıb. Bankın bölüşdürülməmiş mənfəəti isə 15 milyon 680 min manat artaraq 92 milyon 625 min manat olub. Səhmdar kapitalında dəyişiklik etməyən BOB-un cəmi kapitalı 155 milyon 694 min manat olub. Bu da 2023-cü ilin 4-cü rübü ilə müqayisədə 16 milyon 723 min manat çoxdur.
Bank of Baku
2024 (IV Rüb)
2023 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
934,273
870,889
63,384
Kredit
760,424
659,043
101,381
İstehlak kreditləri
579,277
476,055
103,222
Biznes kreditləri
132,721
148,087
-15,366
Daşınmaz əmlak kreditləri
48,424
34,896
13,528
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
55,172
59,513
-4,341
Xalis Kreditlər
705,251
599,529
105,722
Cəmi Öhdəliklər
778,578
731,918
46,660
Depozit
592,514
515,767
76,747
Fiziki şəxslərin depozitləri
535,195
475,679
59,516
Hüquqi şəxslərin depozitləri
57,319
40,088
17,231
Cəmi Kapital
155,694
138,971
16,723
Səhmdar kapitalı
52,870
52,870
0
Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)
-
-
-
Bölüşdürülməmiş mənfəət
92,625
76,945
15,680
Ümumi ehtiyatlar
10,198
9,156
1,042
BOB-un faiz gəliri 2024-cü ilin sonunda 24 milyon 368 min manat artaraq 152 milyon 659 min manata, faiz xərcləri isə 13 milyon 588 min manat artaraq 54 milyon 614 min manata yüksəlib. Nəticədə bankın xalis faiz gəliri 98 milyon 44 min manat olub ki, bu da 2023-cü ilin son rübü ilə müqayisədə 10 milyon 780 min manat çoxdur.
Qeyri-faiz gəliri 5 milyon 305 min manat artaraq 18 milyon 735 min manata, qeyri-faiz xərcləri isə 11 milyon 949 min manat artaraq 85 milyon 588 min manata yüksəlib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 4 milyon 808 min manat azaldaraq -3 milyon 626 min manata endirib.
Yekunda bankın əməliyyat mənfəəti 4 milyon 136 min manat artaraq 31 milyon 191 min manata çatıb.
Bankın xalis mənfəəti isə 1 il ərzində 472 min manat artaraq 25 milyon 930 min manata yüksəlib.