“Rabitəbank”ın cəmi aktivləri 2023-cü ilin sonu ilə müqayisədə 16 milyon 15 min manat artaraq 1 milyard 154 milyon manata yüksəlib.
Kommersant.az xəbər verir ki, bu artımın əsas səbəbi bankın müştərilərinə verdiyi kreditlərin kəskin artması olub. Belə ki, bankın istehlak kreditləri 53 milyon 764 min manat artaraq 293 milyon 398 min manata, biznes kreditləri 53 milyon 707 min manat artaraq 399 milyon 112 min manata, daşınmaz əmlak kreditləri isə 19 milyon 462 min manat artaraq 155 milyon 582 min manata yüksəlib. Nəticədə bankın kredit portfeli 848 milyon 90 min manat olub ki, bu da 2023-cü ilin son rübü ilə müqayisədə 126 milyon 933 min manat çoxdur.
Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatını 7 milyon 954 min manat artıraraq 23 milyon 520 min manat edən “Rabitəbank”ın xalis kreditləri 824 milyon 572 min manat təşkil edib. Bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 118 milyon 980 min manat çoxdur.