USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ExpressBank”ın bu göstəriciləri artıb

17.01.2025 Bank
0 0
“ExpressBank”ın cəmi aktivləri 1 il ərzində 59 milyon 933 min manat artaraq 620 milyon 161 min manata yüksəlib. Bunun əsas səbəbi bankın kredit portfelinin artmasıdır.

Kommersant.az xəbər verir ki, “ExpressBank”ın istehlak kreditləri 2023-cü ilin son rübü ilə müqayisədə 33 milyon 624 min manat artaraq 222 milyon 986 min manata, biznes kreditləri 51 milyon 969 min manat artaraq 165 milyon 362 min manata, daşınmaz əmlak kreditləri 7 milyon 114 min manat artaraq 113 milyon 612 min manata çatıb. Yekunda bankın kredit portfeli 92 milyon 707 min manat artaraq 501 milyon 960 min manat olub.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 3 milyon 548 min manat artıraraq 8 milyon 547 min manata yüksəlib. Buna görə də “ExpressBank”ın xalis kreditləri 89 milyon 159 min manat artaraq 493 milyon 413 min manata bərabərləşib.