USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda da törəməsi olan bankın gəlirləri və mənfəəti artıb

30.07.2018 Bank
0 0
Azərbaycanda da törəmə bankı olan "Ziraat Bankası"nın xalis gəliri ikinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 2.6 faiz artımla 2.2 milyard lirə olub.

"Kommersant.az" xəbər verir ki,Bank aprel-iyun dövrü balansını açıqlayıb.

Cəmi aktivləri 497.6 milyard lirəyə çatan bankın müştərilərə verdiyi kreditləri 347.6 milyard lirəyə, depozit portfeli isə 314.1 milyard lirəyə yüksəlib.

"Ziraat Bankası"nın ikinci rübdə xalis faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 25.5 faiz artımla 5.13 milyard lirəyə çatıb. Bankın qeyri-faiz gəlirləri də 18.4 faiz artaraq 556 milyon lirə olub.

"Ziraat Bank Azərbaycan" ASC "Ziraat Bankası"nın törəmə bankıdır.


© Marja