USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta şirkətinin idarə müdiri işdən ayrılıb

30.07.2018 Bank
0 0
"Meqa Sığorta" şirkətinin filial və agent şəbəkəsinin inkişafı idarəsinin müdiri Elçin Eyvazov işdən ayrılıb.

Bu barədə "Kommersant.az" xəbər verir ki, Fins.az-a E.Eyvazov özü məlumat verib. Onun sözlərinə görə, iyul ayının 30-dan etibarən "Meqa Sığorta"dan ayrılıb. Bununla belə, o işdən ayrılma səbəbini açıqlamayıb. O bildirib ki, hazırda yeni təklifləri dəyərləndirməyə hazırlaşır.

Qeyd edək ki, E.Eyvazov 2005-2016-cı illərdə "Standard İnsurance" sığorta şirkətində avtonəqlliyyət sığortası şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ilin iyul ayında "Meqa Sığorta"ya filial müdiri təyin edilib. 2017-ci ilin fevral ayından isə filial və agent şəbəkəsinin inkişafı idarəsinin müdiri vəzifəsində çalışıb.