USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvanda banklar tərəfindən əhalidən cəlb edilmiş əmanətlərin həcmi 1,5 dəfə artıb

06.02.2025 Bank
0 0
Bu ilin yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar tərəfindən əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 25, 5 milyon təşkil edib ki, bu da 1 yanvar 2024-cü ilin göstəricisi ilə müqayisədə 8,7 milyon manat və ya 1.5 dəfə çoxdur.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsindən məlumat verilib.

Bildirilib ki, cəlb edilmiş bu növ əmanətlərin 94.4 faizi və ya 24,6 milyon manatı milli valyutada, 5.6 faizi və ya 1,4milyon manatı isə xarici valyutada olan əmanətlərin payına düşüb:

"Milli valyutada cəlb edilmiş əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 milyon manat və ya 1.5 dəfə, xarici valyutada cəlb edilmiş əmanətlərin həcmi isə 499 min manat və ya 1.5 dəfə çox olub".

"2024-cü ilin yanvar-dekabr ayları ərzində regionda fəaliyyət göstərən bank və bank filiallarının emissiya etdiyi ödəniş kartları vasitəsilə ölkədaxili və ölkəxarici nağdsız əməliyyatların və onların regiondakı ödəniş xidməti şəbəkəsi vasitəsilə həyata keçirilən nağdsız əməliyyatların həcmi ümumilikdə 1,3 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 408,7 milyon manat və ya 1.7 dəfə çoxdur", - deyə məlumatda qeyd olunub.