USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Mərkəzi Bankı: Rubl valyutaya tələbin azalması fonunda dəyər qazanır

26.02.2025 Bank
0 0
Rusiya Mərkəzi Bankı son vaxtlar rublun geosiyasi hadisələr və idxalçılar tərəfindən valyuta tələbinin mövsümi azalması səbəbindən dəyər qazandığını bildirib.

Rusiya Mərkəzi Bankından verilən açıqlamada, siyasət faiz dərəcəsinin müəyyən edilməsi üçün fevralın 14-də keçirilən iclasın qiymətləndirmələri də yer alıb.

Buna uyğun olaraq açıqlamada, Rusiya iqtisadiyyatında həddindən artıq istiləşmə prosesinin 2024-cü ilin son rübündə də davam etdiyi və bunun əmək bazarında artan kəsir və yaşanan inflyasiya təzyiqi ilə göründüyü ifadə edilib.

Rusiyada yaşanan tədarük problemlərinin əsas səbəbinin əmək bazarındakı kəsir olduğuna diqqət çəkən açıqlamada, buna baxmayaraq, son aylarda işçi qüvvəsi çatışmazlığı yaşayan şirkətlərin sayının azaldığı vurğulanıb.

Rublun son günlər bahalaşması ilə bağlı açıqlamada deyilir: “Rublin möhkəmlənməsi həm bazarların geosiyasi hadisələrə reaksiyası, həm də idxalçıların valyuta tələbinin mövsümi azalması ilə bağlı olub”.

“Əməliyyat məlumatları rublun 2024-cü ilin dekabrında möhkəmlənməyə başlamasından sonra idxal olunan malların qiymətlərindəki artımın bir qədər yavaşladığını göstərir”, - deyə açıqlamada rublun bahalaşmasının ölkədəki qiymətlərə təsirini qiymətləndirmək üçün vaxt lazım olduğu bildirilib.

Ukrayna müharibəsinin bitə biləcəyi gözləntiləri fonunda fevralın əvvəlindən rubl dollar qarşısında 11,5 faiz dəyər qazanıb.