Bu qurum iri holdinqlərlə işləyir
0
0
Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 100,185 milyon manat güzəştli kredit verib.
"Kommersant.az" Fonda istinadən xəbər verir ki, bunun 89,685 milyon manatı və yaxud 89,5%-i böyük həcmli kreditlərdir, yəni iri holdinqlərə verilib.
Güzəştli kreditlərdə orta həcmi kreditlərin payı 4,136 milyon manat və yaxud 4,1% kiçik həcmli kreditlərin payı isə 6,365 milyon manat və yaxud 6,4%-dir.
SKMF 6 ay ərzində sahibkarların 611 layihəsini maliyyələşdirib. Bunun 30-u və yaxud 4,9%-i iri sahibkarlara, 21-i və yaxud 3,4%-i orta sahibkarlara, 560-ı və yaxud 91,7-i isə kiçik sahibkarlara məxsusdur.
Böyük həcmli kreditlərin hesabına 5 582, orta həcmli kreditlərin hesabına 327, kiçik həcmli kreditlərin hesabına isə 1 127 yeni iş yerinin (ümumilikdə 7 032 yeni iş yerinin) yaradılması nəzərdə tutulub.