USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bankların ödədiyi mənfəət vergisinin həcmi artıb

10.03.2025 Bank
0 0
Cari ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 23,7 milyon manat mənfəət vergisi ödənilib.

Kommersant.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 milyon manat və ya 8,2% çoxdur.

Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən ödənilən mənfəət vergisinin həcmi 21,9 milyon manat olub.

Qeyd edək ki, yanvarda Azərbaycanda fəaliyyət göstərən bankların vergi ödənilməzdən əvvəlki mənfəətlərinin həcmi 94,7 milyon manat, xalis mənfəətlərinin həcmi isə 71 milyon manat təşkil edib.

Xatırladaq ki, ötən il ərzində Azərbaycandakı bankların ödədiyi mənfəət vergisinin həcmi 294,3 milyon manat idi.